Krasnoyarskda kişi arvadını qətlə yetirib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, 80 yaşlı Krasnoyarsk sakininə qarşı cinayət işi açılıb. Dindirmə zamanı o, törətdiyi cinayəti etiraf edib.
İstintaqın məlumatına görə, noyabrın 7-nə keçən gecə cütlük qısqanclıq zəminində mübahisə edib və ər 77 yaşlı arvadının döş qəfəsindən bir neçə bıçaq zərbəsi vurub. Qadın aldığı xəsarətlərdən ölüb.
Şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib.