5 aydır itkin düşən qadının meyiti tapıldı: öldürüb basdırıblar
14 sentyabr 2024 17:28 (UTC +04:00)

5 aydır itkin düşən qadının meyiti tapıldı: öldürüb basdırıblar

Türkiyədə 5 aydır axtarışda olan qadının öldürüldüyü məlum olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, Konya şəhərində yaşayan Çiğdem E-nin 5 ay əvvəl itkin düşməsi ilə bağlı yaxınları polisə müraciət edib. Aparılan araşdırmaların sonunda polis kameralara baxaraq, qadının 4 əfqanıstanlı ilə  birlikdə olduğunu öyrənib.

Həmin əfqanlar saxlanılıb və onlar qadını öldürdüklərini etiraf ediblər.Məlum olub ki, cinayətkarlar qadını öldürərərk Karatay qəsəbəsində evlərdən birinin həyətində basdırıblar. Meyit həmin yerdən çıxarılaraq, müayinə üçün aidiyyatı şöbəyə göndərilib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 897
avatar

Oxşar yazılar