Gəncədə 37 yaşlı kişinin qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.
Lent.az APA-ya istinadla bildirir ki, qətlə yetirilən 1987-ci il təvəllüdlü Vasif Həsənovun hadisəni törədən 1996-ci il təvəllüdlü Yaqub Həsənova 30 manat borcunun olduğu, qətlin bu səbəbdən baş verdiyi bildirilir.
Məlumata görə, buna görə Yaqub Həsənov ötən gün Vasif Həsənovun yaşadığı ünvana gələrək ona zəng edib və çölə çağırıb. Bu zaman onların arasında mübahisə yaranıb.
Mübahisə zamanı Yaqub Həsənovun Vasif Həsənovun qarın nahiyəsinə bıçaqla vurduğu bildirilir.
Vasif Həsənov xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.
Qətlə yetirilən 37 yaşlı V.Həsənov ailəli olub, 4 övladı var.
***
25.01.2024
Saat: 23:01
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Lent.az-a bildirib ki, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Vasif Həsənovun kəsici-deşici alətlə xəsarət yetirilərək qətlə yetirilməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.
Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 1996-cı il təvəllüdlü Yaqub Həsənov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir
***
22.36
Gəncədə qətl hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, şəhər sakini, 1987-ci il təvəllüldü Vasif Həsənov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.