Rusiya paytaxtının cinayət axtarış idarəsinin əməkdaşları Moskvanın şimal-qərbində 23 il əvvəl iş adamının qətlində şübhəli bilinən şəxsləri saxlayıblar.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 2000-ci il avqustun 3-də iki gün əvvəl Moskvaya gəlmiş Vladiqafqaz sakini Albert Kantemirov Uvarovski zolağındakı evin həyətində güllələnib.
O, həmin ünvana iki qardaşi ilə gəlib və həmin şəxslər “Jiquli”ni həyətdə saxlayanda onlara atəş açılıb. Bir neçə cinayətkar iki tapançadan atəş açıb. Qardaşların kiçiyi və böyüyü qaça bilib, ortancası aldığı yaralardan yerindəcə keçinib. Cinayətkarlar qaçıblar.
Ötən illərin cinayətlərinin açılması üzərində iş aparılarkən əməliyyatçılar və müstəntiqlər şübhəlilərin izinə düşüblər. Çərşənbə günü onlar Moskva və Moskva vilayətində saxlanılıblar. Onların 53 yaşlı Kabardin-Balkar sakini, 55 yaşlı Orexovo-Zuevo və 59 yaşlı paytaxt sakini olduğu üzə çıxıb.
Qətlin motivləri müəyyən edilir. Onların həbsi məsələsinə bu gün qərar veriləcək.