1975-ci ilin yayında bir qətl ABŞ-ı silkələyir.
Lent.az xəbər verir ki, 8 yaşlı qızın qatilini tapmağa ən peşəkar heyət cəlb edilsə də, nəticə olmur. Bir neçə illik tədqiqatdan sonra iş bağlanaraq arxivə göndərilir. Valideynlər də ümidini itirir. Lakin ötən il çap olunmuş bir kitab hər şeyi dəyişir.
David Zandstra adlı keşişin etiraf dolu kitabı müstəntiqlərin diqqətini cəlb edir və 83 yaşlı keşiş istintaqa çağırılır. Nəhayət ötən gün o, etiraf edir ki, qızdan cinsi ehtirasını təmin etmək məqsədi ilə istifadə etmək istəyib. Lakin qız müqavimət göstərdiyi üçün onu öldürüb.
Maraqlıdır ki, keşiş heç vaxt şübhə yaratmayıb və ötən həftəyədək ailənin dostu kimi davranıb. Hətta qızın dəfn ayinini də özü icra edib.