Kolumbiyada 190-dan çox uşağı öldürən qatil ölüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Luis Alfredo Qaravito 66 yaşında həbsxananın müalicə müəssisəsində keçinib. Onun ölüm səbəbi açıqlanmayıb.
“Genova canavarı” adını alan Qaravito 1990-cı illərdə 8-16 yaş aralığında xeyli uşağı öldürdüyünü etiraf edib. O, bu cinayətlərinə görə 1999-cu ildə saxlanılıb. İlk dəfə etirafında 1994-cü ildən bəri meyiti tapılan 114 uşağı öldürdüyün deyib. Sonrakı ifadələrində isə qurbanlarının 190-dan çox olduğunu dilə gətirib.
Məhkəmənin qərarı ilə ona 835 il həbs cəzası verilib.