Rusiyanın Arxangelsk vilayətində 42 yaşlı rusiyalı dostunu öldürməyə cəhddə təqsirli bilinərək mühakimə olunacaq.
Lent.az yerli mediaya istinadən bildirir ki, istintaqın məlumatına görə, ötən il noyabrın 6-da rayonun Bobıkinskaya kəndindəki evlərin birində spirtli içki qəbul edən dostlar arasında münaqişə baş verib. Sifət nahiyəsindən aldığı zərbədən sonra təqsirləndirilən şəxs bıçaqla dostuna zərbələr endirməyə başlayıb. Zərərçəkmiş baş və bədəninin müxtəlif nahiyələrindən bıçaq yarası alıb. Lakin kişi 16 bıçaq yarasına baxmayaraq, vaxtında edilən yardım sayəsində sağ qalıb.
Qonşular qışqırmağa gələndən sonra bıçaqla hücum edən şəxs onları hədələyib. Nəticədə, adam öldürməyə cəhddən əlavə, ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 119-cu maddəsi (“Öldürməklə hədələmə”) ilə də iş açıb.