Başqırdıstanın paytaxtı Ufa şəhərində avtomobilin yük yerində 14 yaşlı qızın meyiti tapılıb.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, avtomobil onun anasına məxsus olub.
Qətl faktı ilə bağlı cinayət işi açılıb. Hadisənin başvermə şəraiti müəyyənləşdirilir, şübhəlinin axtarışları davam etdirilir.