13 il həbsdə olan şəxsin təqsirsizliyi üzə çıxdı-FOTO
08 iyul 2023 00:18 (UTC +04:00)

13 il həbsdə olan şəxsin təqsirsizliyi üzə çıxdı-FOTO

Almaniyada hüquq sistemindəki xətalardan biri aşkara çıxıb. 

Lent.az xəbər verir ki, Almaniya məhkəməsi 63 yaşlı kişinin təqsiziz olduğuna dair hökm çıxarıb.

87 yaşlı qadını öldürməkdə təqsirli bilinən kişi 2013-ci ildə ömürlük azadlıqdan məhrum edilib. O, məhkəmədə təqsirsiz olduğunu iddia etsə də, sübut edə bilməyib. 

Lakin bir müddət əvvəl tutduğu vəkil qadın yeni ekspertiza aparılmasına nail olub. Termik ekspertiza 87 yaşlı qadının hamamda təsadüfən öldüyü qnəaətinə gəlib.

Hazırda azadlığa çıxan kişi sürücü işinə başlayıb. Almaniya qanunlarına görə ona həbsdə yatdığı hər gün üçün 75 avro, ümumilikdə isə 369 000 avro təzminat ödənilməlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3216
avatar

Oxşar yazılar