Türkiyədə 11 yaşlı oğlan atasının silahından açılan atəş nəticəsində ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Arnavutköy qəsəbəsində baş verib. Azyaşlı Efe Özçelik yaşadığı evdə atasına məxsus silahla baş nahiyəsindən vurularaq öldürülmüş halda tapılıb.
Hadisə ilə bağlı uşağın atası polis bölməsinə aparılaraq dindirilib. Azyaşlının necə ölməsi məhkəmə-tibbi ekspertizasının müayinəsi nəticəsində bilinəcək.