Zərdab sakinlərindən "Azəriqaz"a MÜRACİƏT
05 iyun 2023 16:42 (UTC +04:00)

Zərdab sakinlərindən "Azəriqaz"a MÜRACİƏT

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Səyyar qəbul otağı” növbəti dəfə Zərdab rayonunda təşkil olunub.

Lent.az xəbər verir ki, 10-a yaxın sakinin qatıldığı aksiyada ümumilikdə 8 müraciət ünvanlanıb.

Mikrofon önünə çıxan 3 abonent debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsini xahiş edib. 2 abonent qaz xəttinin yerinin dəyişdirilməsini, 2 sakin isə fərdi yaşayış evinin qazlaşdırılmasını istəyib. Aksiyada səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndirilməsi üçün  qeydiyyatı aparılıb.

# 1209
avatar

Fidan İlqar

Oxşar yazılar