SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası həftənin ilk iş günündə Zaqatala rayonunda baş tutub.
Lent.az xəbər verir ki, “Səyyar qəbul otağı”nda rayonun bəzi kəndlərinin qazlaşdırılması ilə bağlı müraciətlər üstünlük təşkil edib.
Görüş zamanı sakinlər tərəfindən Yuxarı Çardaxlar, Çobankol, Qımır, Bazar, Mamrux, Muğanlı və Gözbarax kəndlərinin mavi yanacaqla təchiz edilməsi istənilib. Səsləndirilən 18 müraciətdən biri fərdi yaşayış evində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəzlənməsi olub. Görüşdə ünvanlanan müraciətlər SOCAR “Azəriqaz” İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən qeydə alınıb. Bəzi problemlərin araşdırılmasına qərar verilib.