Yaxın Şərqdəki hadisələrə görə AZAL-ın ləğv olunan  reyslərinin SİYAHISI
16 iyun 2025 15:08 (UTC +04:00)

Yaxın Şərqdəki hadisələrə görə AZAL-ın ləğv olunan reyslərinin SİYAHISI

Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkəti nin(AZAL) bir sıra reysi ləğv olunub.

Lent.az xəbər verir ki, Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar AZAL-ın 16 iyun 2025-ci il tarixində həyata keçirilməsi planlaşdırılan aşağıdakı reyslər ləğv olunub:

• Bakı – Dammam – Bakı (J2 8205/8206)

• Bakı – Bəhreyn – Bakı (J2 505/506)

• Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)

• Bakı – Lahor – Bakı (J2 145/146)

Bundan əlavə, aşağıdakı istiqamətlər üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib:

• 18 iyun – 30 iyun tarixlərində Bakı – Təl-Əviv – Bakı

• 19 iyun – 30 iyun tarixlərində Bakı – Tehran – Bakı

Ləğv edilmiş və ya dayandırılmış reyslər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin cəriməsiz dəyişdirilməsi hüququna malikdirlər. Bununla bağlı sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 443

Oxşar yazılar