
SOCAR-ın almaq istədiyi “Petrol Ofisi” Hollandiya şirkətinə satılacaq
Avstriyanın OMV konserni Türkiyədəki törəməsi olan “Petrol Osifi AŞ”-ni Hollandiyanın “Vitol Group” şirkətinə satacağını açıqlayıb. “APA-Economics” OMV-nin açıqlamasına istinadən xəbər verir ki, əqdin dəyəri 1 mlrd. 368 mln. avro təşkil edəcək.
“OMV “Petrol Ofisi”nin səhmlərin 100%-ni “Vitol Group”a satacağını bəyan edir. Alqı-satqı proseduru bu ilin üçüncü rübündə başa çatdırılacaq”, - deyə şirkətin bəyanatında qeyd edilib.
Bundan öncə konsern rəsmiləri bəyan edib ki, “Saudi Aramco”, SOCAR və “Vitol Group” “Petrol Ofisi”nə sahiblənməyə daha yaxın şirkətlərdir. “Bloomberg” agentliyinin yazdığına görə, “Saudi Aramco” rəqiblərindən bir addım öndə idi. Belə ki, Səudiyyə Ərəbistanı nəhəngi “Petrol Ofisi”üçün 1,6 mlrd. dollarından keçməyə hazır olub.
"Reuters" agentliyinin mənbələri isə qeyd edib ki, SOCAR da OMV-yə öz təkliflərini göndərib.
Bundan öncə "SOCAR Türkiye Enerji A.Ş."-nin baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib ki, SOCAR "Petrol Ofisi"nin alışından imtina edə bilər. Bununla yanaşı, Z. Qəhrəmanov "Petrol Ofisi"nin SOCAR üçün ən uyğun variant olduğunu da dilə gətirib: "Təbii ki, dəyərləndirmələrimiz davam edir. "Petrol Ofisi"nin alışını baş tutmazsa, şirkətin "B" və "C" planı da var. Başqa şirkətlərin satın alınması və sıfırdan bir şirkətin qurulması baş tuta bilər".
SOCAR-a YDM məntəqəsi STAR neft emalı zavodu ilə inteqrasiya üçün lazımdır. Türkiyənin İzmir şəhərində yerləşən zavod 2018-ci istismara veriləcək.
"Petrol Ofisi"nin Türkiyə ərazisində 1000-ə yaxın YDM-i var. Son statistikaya əsasən, şirkət bazarın 22,7%-nə nəzarət edir.
Oxşar yazılar

Bakıda 5 marşrutun hərəkət sxemi dəyişdirilir
8 may 2025 , 18:49
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək
8 may 2025 , 17:45"City Garden Narimanov"da premium mənzillərin təmir prosesi başa çatmaq üzrədir "Kristal Abşeron!"
8 may 2025 , 15:56
Umico kredit xətti ilə alış-verişə 50 faiz komissiya endirimi
8 may 2025 , 14:29
Kapital Bank-ın 30 000 000 manat həcmində istiqraznın abunə yazılışı başladı
8 may 2025 , 09:44
“Azercell”dən bəzi tarif paketlərindən istifadə şərtlərinin dəyişməsi ilə bağlı - Açıqlama
7 may 2025 , 17:41
"Azercell"in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
7 may 2025 , 14:44