Rusiyada Mənsimovla bağlı araşdırma başladı - <span style="color:red;">BİR MİLYARDLIQ İTTİHAM
21 noyabr 2017 16:48 (UTC +04:00)

Rusiyada Mənsimovla bağlı araşdırma başladı - BİR MİLYARDLIQ İTTİHAM

 

"Palmali" Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) İqtisadi Təhlükəsizlik Xidməti tərəfindən şirkətlər qrupunun bu ölkədəki nümayəndəliyinə qarşı araşdırmalara başlanılması barədə yayılan xəbərlərə münasibət bildirib.


"Palmali"nin regional ofisinin rəhbərinin birinci müavini Tuyqun Nadirov "APA-Economics"ə bildirib ki, yayılan xəbərlər uydurmadır. T.Nadirov deyib ki, bir neçə il bundan öncə Rusiyanın vergi orqanları "Palmali"ni vergidən yayınmaqda ittiham edib, lakin şirkətlər qrupu məhkəmə yolu ilə bunun əsassız olduğunu sübut edib.

 

"Qəti şəkildə bildirirəm ki, "Palmali" şirkətlər qrupunun nə Rusiyanın vergi, nə də hüquq-mühafizə orqanları ilə heç bir problemi yoxdur. Bundan başqa, əminliklə deyirəm ki, bu qəbildən olan yazılar sifarişli xarakter daşıyır və uydurmalara əsaslanır. Bu yazının "Russia Today" telekanalı tərəfindən tirajlanmasına da təəccüblənmədim. Belə ki, bu telekanalın rəhbəri erməni əsilli Marqarita Simonyandır. Onu da qeyd edim ki, Simonyan Azərbaycana qarşı hər zaman ədalətsiz mövqedən çıxış edib. Bir daha deyirəm ki, şirkətimizin nümayəndəliyində heç bir yoxlama aparılmır", - deyə o vurğulayıb.

**

16:34

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (SEB-inin) İqtisadi təhlükəsizlik xidməti milyarder Mübariz Mənsimova məxsus "Palmali" şirkətinin Türkiyə gəmiçiliyi qrupunun Rusiya bölməsi barəsində yoxlamalara başlayıb.

 

Bu barədə “Russia Today” xəbər yayıb.

 

Bildirilir ki, "Palmali" 1 milyarddan rubldan çox məbləğdə vergiləri ödəməyib. Bundan başqa, şirkət vasitələrin xaricə çıxardılmasına cəlb edilib.

 

Daha əvvəl "Palmali" şirkətinin Türkiyə gəmiçiliyi qrupu Rostov bölməsinin direktoru, Mübariz Mənsimova yaxın hesab edilən Aleksey Mixelev barəsində cinayət işi qaldırılmışdı.

 

İstintaqın məlumatına görə, o, hesabatlara su nəqliyyatı ilə yüklərin daşınmasından alınan gəlir haqqında yanlış və azaldılmış məlumatlar daxil edib.

 

Bununla əlaqədar şirkət büdcəyə 2010-cu il ərzində qanunla müəyyən edilmiş müddətdə 881 milyondan çox rubl,  2011-ci il ərzində isə 401 milyondan çox rubl gəlir vergisi ödəməyib. (virtualaz.org)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 307
avatar

APA Baycan

Oxşar yazılar