Süni qiymət artıran bir şirkət cəzalandırıldı
05 mart 2015 13:25 (UTC +04:00)

Süni qiymət artıran bir şirkət cəzalandırıldı

Daha bir şirkətə qiymətlərlə manipulyasiya edilməsinin qarşısı alınıb. İqtisadiyyat və Sənaye Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi monitorinqlər zamanı “Lactalis Caspi” MMC tərəfindən ticarət obyektlərinə satış üçün paylanan bəzi süd məhsullarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib.

Bununla əlaqədar “Lactalis Caspi” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 175

Oxşar yazılar