Prezident İtaliyanın Snam şirkətinin baş icraçı direktorunu qəbul edib
23 sentyabr 2015 15:53 (UTC +04:00)

Prezident İtaliyanın Snam şirkətinin baş icraçı direktorunu qəbul edib

Prezident İlham Əliyev İtaliyanın Snam şirkətinin baş icraçı direktoru Karlo Malakarnenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Karlo Malakarne Azərbaycana ilk dəfə səfər etdiyini və Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin onlarda dərin təəssürat yaratdığını deyib.

Dövlət başçısı bu səfər zamanı İtaliyanın Snam şirkətinin Dövlət Neft Şirkəti ilə imzalayacağı Anlaşma Memorandumunun bu əməkdaşlığın perspektivlərini müəyyənləşdirəcəyinə ümidvar olduğunu bildirib.

Karlo Malakarne rəhbərlik etdiyi şirkətin Avropada aparıcı infrastruktur operatorlarından olduğunu vurğulayaraq Snam şirkətinin Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlıq etməsindən məmnunluğunu ifadə edib. O, bu əməkdaşlığın təkcə İtaliya deyil, Avropa səviyyəsində qaz təchizatı baxımından önəmini vurğulayıb.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verdiyini söyləyən dövlət başçımız bu istiqamətdə İtaliyanın Snam şirkəti ilə Azərbaycan arasında müxtəlif sahələrdə güclü əməkdaşlığın həyata keçirilməsinin mümkün olduğunu deyib.

Avropanın qaz təchizatı sahəsində rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə məlumat verən qonaq Azərbaycanın Avropanın yeni qaz təchizatçısı kimi önəmini diqqətə çatdırıb.

“Cənub” qaz dəhlizinin bütün tərəflər üçün çox əhəmiyyətli layihə olduğunu vurğulayan Prezident İlham Əliyev Azərbaycanın bu istiqamətdə aparıcı rol oynadığını qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın təşəbbüsü ilə irəli sürülən TANAP layihəsinin əhəmiyyətinə toxunaraq bildirib ki, ölkəmiz “Cənub” qaz dəhlizinin bütün seqmentlərində fəal təmsil olunur. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın gələcəkdə qaz təchizatçısı kimi rolu daha da artacaq.

Görüşdə İtaliyanın Snam şirkəti ilə əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 148
avatar

Oxşar yazılar