Nəqliyyat Nazirliyində daha bir kollegiya iclası
20 fevral 2013 15:32 (UTC +04:00)

Nəqliyyat Nazirliyində daha bir kollegiya iclası

Fevralın 19-da Nəqliyyat Nazirliyində kollegiya iclası keçirilib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, nazir Ziya Məmmədovun sədrliyi ilə keçirilən kollegiyada ölkənin avtomobil yollarının vəziyyəti, həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə olunub. İclasa ölkənin yol infrastrukturuna cavabdeh olan vəzifəli şəxslər, yol tikintisi ilə məşğul olan yerli və xarici şirkətlərin rəhbərləri iştirak edib.

 

Ziya Məmmədov çıxış edərək bildirib ki, ümumi istifadə olan yolların qorunması, saxlanması, təmirinə daha çox diqqət ayrılmalıdır. Nazir həmçinin layihələri həyata keçirən şirkətlərin rəhbərlərinə yolları, körpü, tunel və digər qovşaqları daha keyfiyyətli formada təhvil vermələrini tələb edib. Həmçinin hər bir layihənin vaxtında başa çatdırılmalı olduğu vurğulanıb.

 

Bundan başqa iclasda Bakıda 2015-ci ildə keçiriləcək Avropa Olimpiya oyunları ilə bağlı Nəqliyyat Nazirliyinin üzərinə düşən vəzifələr müzakirə olunub. Böyük tədbirlə bağlı nazirliyin çoxsaylı infrastruktur layihələri həyata keçirəcəyi bildirilib. Bu ayın sonunadək isə nazirlik öz təkliflərini Avropa Olimpiya Oyunlarının Təşkilat Komitəsinə çatdırmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1093
avatar

Nizam Rza

Oxşar yazılar