Azərbaycanda aqroparklar yaradılır <span style="color:red;">- Nazirlik
17 dekabr 2014 11:39 (UTC +04:00)

Azərbaycanda aqroparklar yaradılır - Nazirlik

“Azərbaycanda aqroparklar yaradılması istiqamətində işlər həyata keçirilir”. Bunu Lent.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik Məhsullarının İstehsalı və Emalı şöbəsinin müdiri İmran Cümşüdov bildirib. Onun sözlərinə görə, fermer istehsal etdiyi məhsulu heç bir itki vermədən birbaşa istehsalçıya çatdıracaq. “Aqroparkların da yaradılmasının əsas mahiyyəti bundan ibarətdir”.

Şöbə müdirinin sözlərinə görə, Şəmkirdə yaxın zamanlarda Aqroparkın yaradılması nəzərdə tutulub.

İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, aqroparklar aqrar və emaledici biznes və təhsil müəssisələrinin birgə klaster formasında fəaliyyətini nəzərdə tutur. “Aqroparklar üçün də ən əlverişli bölgələr Gəncə və Gəncəətrafı, Lənkəran, Xızı və Xaçmaz rayonları hesab edilir. Lakin ölkənin digər bölgələrində də aqroparkların yaradılması üçün əlverişli şərait var”.

Qeyd edək ki, prezident İlham Əliyev bir müddət əvvəl ölkədə aqroparkların yaradılması haqqında fərman verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 273

Oxşar yazılar