Nazirlər Kabineti dövlət ehtiyacı üçün torpaqların alınması barədə qərar verdi
20 dekabr 2012 18:39 (UTC +04:00)

Nazirlər Kabineti dövlət ehtiyacı üçün torpaqların alınması barədə qərar verdi

Nazirlər Kabineti torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə qərar verib.

 

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına əsasın verdiyi məlumata görə, qərara əsasən Bakı, Sumqayıt, Gəncə, Naftalan, Mingəçevir və Şirvan şəhərləri, Lənkəran, Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, Biləsuvar, Quba, Şəmkir, İmişli, Qusar, Xaçmaz, Xızı, Qobustan, Bərdə, Yevlax, Salyan, Neftçala, Qəbələ, Şamaxı, Şəki, Göyçay, Ağdaş, Ağcabədi, Qazax, Qax, Balakən, Beyləqan, Saatlı, Sabirabad, Daşkəsən, Gədəbəy, Samux, Tərtər, Astara rayonlarında və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədi ilə tikili və qurğuların inşa ediləcəyi əraziləri dövlət ehtiyacları üçün alan orqan “Azərsu” Açıq Səhmdar Cəmiyyəti müəyyən edilib.

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinə tapşırılıb ki, bu qərarın 1-ci hissəsində nəzərdə tutulan şəhər və rayonlarda torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etsin.

 

 

# 1408
avatar

Oxşar yazılar