Ləğv edilmiş Komitə ilə bağlı Milli Məclisə <span style="color:red;">HESABAT
06 fevral 2015 10:20 (UTC +04:00)

Ləğv edilmiş Komitə ilə bağlı Milli Məclisə HESABAT

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. Lent.az-ın məlumatına görə, kollegiya iclasında dövlət büdcəsindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və tabeliyində olan qurumlara ayrılan vəsaitlərin istifadəsinə, həmçinin büdcədənkənar vəsaitlərin formalaşması və istifadəsinə dair audit tədbirinin nəticələri barədə Hesabat və Rəy müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumuna göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Qeyd edək ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dövlət başçısının sərəncamı ilə dünən ləğv edilib.


Hesablama Palatası Tovuz rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlər, Beyləqan rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair yoxlamalar həyata keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 180

Oxşar yazılar