İsmayıllı rayonunda neft yatağı tapılıb
12 avqust 2013 11:27 (UTC +04:00)

İsmayıllı rayonunda neft yatağı tapılıb

İsmayıllı rayonunda böyük neft yatağı tapılıb. Lent.az-ın SalamNews-a istinadən verdiyi məlumata görə,  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) geoloji kəşfiyyatçıları və geofizikləri İsmayıllı rayonunun üç kəndində böyük neft yataqları aşkarlayıblar.

Artıq Cülyan kəndi ərazisində aparılan tətqiqatlar uğurla başa çatıb. Kənd ərazisində böyük neft ehtiyatlarının olduğu bildirilir. SOCAR-ın əməkdaşları bu məqsədlə mütəmadi olaraq sözügedən ərazidə ölçmə işləri aparır. 

Əraziyə xüsusi texnikalar yerləşdirilib. Yaxın aylarda qazma işlərinin aparılacağı bildirilir. İsmayıllı dağətəyi rayondur. Şəhər ərazisində böyük yeraltı su yataqları mövcuddur.

 

Qeyd edək ki, şəhər, eləcə də Cülyan kənd sakinləri daimi olaraq artezian quyularından istifadə etdikləri üçün bu mənbələr tükənməzdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1896
avatar

Oxşar yazılar