“Biz, İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda həll olunmamış Ermənistan-Azərbaycan münaqişəsindən narahatlığımızı ifadə edirik”.
APA-nın məlumatına görə, bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) ötən gün Pakistanda keçirilən sammitinin yekun bəyannaməsində deyilir.
Bildirilir ki, bu münaqişə iqtisadi inkişafa və regionun iqtisadi potensialının tam reallaşmasına mane olur: “Bu münaqişə regional və daha geniş səviyyədə iqtisadi əməkdaşlığın inkişafına da mane törədir”.
Xatırladaq ki, İslamabadda keçirilən sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.