Operativ nəzarət tədbirləri haqqında məlumat yayıb. Vergilər Nazirliyindən Lent.az-a verilən məlumata görə, 2013-cü ilin yanvar ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilib. Tədbirlər zamanı 7048 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. 3674 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 460 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi məlum olub.
Bundan başqa 965 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 878 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edib.