Bir ildə yollara 2,1 milyard manat xərclənib
28 fevral 2014 11:29 (UTC +04:00)

Bir ildə yollara 2,1 milyard manat xərclənib

2013-cü il ərzində Azərbaycanda avtomobil yollarının saxlanmasına ayrılmış 222 milyon manat vəsait də daxil olmaqla, ümumilikdə avtomobil yollarının inkişafına 2,1 milyard manat vəsait yönəldilib. Lent.az-ın məlumatına görə, bu  dövrdə  584,7 km, o cümlədən 266,0 km respublika əhəmiyyətli, 318,7 km yerli əhəmiyyətli yol təmir olunmuş, avtomobil yollarında 39 ədəd körpü tikilib, 17 ədəd körpü təmir edilib.

 

Uzunluğu 18 kilometr olan dördüncü dərəcəli M-2 (103 km) - Rəncbər-Qubalı Baloğlan - “Pir Hüseyn” Xanəgahı avtomobil yolunun təmiri başa çatdırılaraq istismara verilib. Ağır tonnajlı nəqliyyat vasitələrinin hərəkətindən qəza vəziyyətinə düşmüş Ələt-Astara avtomobil yolunun 141-ci kilometrində Mişarçay, Tərtər - Hindarx - Ağcabədi avtomobil yolunun 25-ci kilometrində Xaçınçay üzərində körpülər və Bakı - Ələt - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci kilometrində dəmir yolu xətti üzərində yol ötürücüsü bərpa olunub. Respublika əhəmiyyətli Qəbələ - Ağdaş və Oğuz - Qəbələ avtomobil yollarının və Gəncə dairəvi yolunun yenidən qurulması layihələri başa çatdırılıb, Gəndob - Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi, Ağstafa - Poylu - Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulması layihələri üzrə tikinti işləri davam etdirilib. Yerli əhəmiyyətli Qusar - Əniğ - Ləzə 4 zolaqlı avtomobil yolunun 10 km-lik hissəsinin və körpünün, Xocasən – Lökbatan, Cəlilabad – Yardımlı  avtomobil yollarının tikintisi, Qəbələ - Küsnət - Laza avtomobil  yolunun yenidən qurulması, İsmayıllı – Lahıc, Zərdab - Mollakənd, Şamaxı – Göylər Çöl – Padar, Şəki - Qax - Zaqatala yolunun Şəki - Qax sahəsinin əsaslı təmiri layihələri üzrə tikinti işləri davam etdirilib. Şəki - Qax - Zaqatala yolunun Şəki - Qax sahəsində 13 ədəd körpünün, Şəmkir-Gədəbəy avtomobil yolunun 42-ci kilometrində Çolpan çay üzərində körpünün bərpası, R-8 (5 km) - Dilman - Xatman avtomobil yolunun və yolun 1-ci kilometrində Ağsuçay çayı üzərində qəza vəziyyətinə düşmüş körpünün yerində yeni körpünün tikintisi layihələri başa çatdırılıb, Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi  avtomobil yolunun 6-11-ci km hissəsinin yenidən qurulması, R-9 (127 km) - Baş Daşağıl avtomobil yolunun 10-cu km-də Daşağıl çayı üzərində yerləşən körpünün qəzalı vəziyyətə düşməsi ilə əlaqədar köpünün su istiqamətləndirici qurğularının tikintisi layihələri üzrə işlər davam etdirilib.

 

Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 2013 - cü il 14 avqust tarixdə ümumi uzunluğu 42 km olan Qaraməryəm – İsmayıllı – Şəki avtomobil yolunun Qəbələ-Oğuz sahəsinin ( 75-112 km ) və Oğuz şəhərinə giriş yolunun, 16 avqustda Şəki - Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsində Qax şəhər ətrafı avtomobil yolunun və Kürmük çayı üzərində körpülərin, 10 sentyabrda Şəmkir-Gədəbəy avtomobil yolunun 42-ci kilometrində Çolpan çay üzərində körpünün, 18 sentyabrda ümumi uzunluğu 12 km olan Quba-Qusar avtomobil yolunun və bu yolda Qudyalçay üzərində beş aşırımlı körpünün, Quba şəhərini Qırmızı qəsəbə ilə birləşdirmək üçün Qudyalçay çayı üzərində bərpa olunmuş mövcud tağlı körpünün açılışı olub. Bunlardan əlavə 2013-cü il 22 aprel tarixdə Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 161-ci km-də Ağçay üzərində körpünün açılışı olub. Hesabat dövründə xarici investisiya ilə maliyyələşdirilən Gəncə dairəvi avtomobil yolunun, Ələt - Astara İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Ələt - Şorsulu hissəsi – yolun ilk 31 (0-31) km hissəsinin tikinti işləri başa çatdırılıb. Yolun Yenikənd-Salyan (31 - 54.4 km), Salyan-Şorsulu (55.8 - 80.6 km) və Kür çayı üzərində körpü keçidinin (54.4 - 55.8 km) tikinti işləri davam etdirilir. Bu layihə çərçivəsində Şamaxı rayonunda yerli əhəmiyyətli Nəsimi - Qonaqkənd və Qobustan rayonunda Mirzə Təklə - Mirzə Baba  yollarında tikinti işləri yerinə yetirilib. Ələt - Astara İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Şorsulu – Astara - İran sərhədi sahəsi, layihənin Masallı – Lənkəran hissəsi,  Lənkəran çay üzərində körpünün tikintisi üzrə işlər davam etdirilib, Lənkəran - İran sərhədi hissələri üzrə işçi layihə hazırlanmış və torpaq alınma əməliyyatları başa çatdırılıb. Layihə çərçivəsində Goranboy rayonunda yerli əhəmiyyətli M-2 ( 323 km) – Səmədabad - Əhmədabad, M-2( 321 km) – Nadirkənd və Qazax rayonunda M-2 (478 km) – Aşağı Salahlı yollarının təmiri işləri davam etdirilib.

 

Bakı – Şamaxı - Yevlax avtomobil yolunun Muğanlı - Yevlax hissəsi, H. Z. Tağıyev – Sahil avtomobil yolunun, Hacıqabul – Bəhramtəpə – Mincivan – Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul – Bəhramtəpə hissəsinin və layihə çərçivəsində Kür çayı üzərində yeni körpünün tikintisi, Hacıqabul – Kürdəmir avtomobil yolunda əlavə iki zolaq tikilməklə dörd zolağa genişləndirilməsi, Kürdəmir – Yevlax avtomobil yolunda əlavə iki zolaq tikilməklə dörd zolağa genişləndirilməsi, Bakı – Şamaxı avtomobil yolunun 15-45 km hissəsinin əlavə iki zolaq tikilməklə dörd zolağa genişləndirilməsi, Yevlax – Gəncə avtomobil yolunun əlavə iki zolaq tikilməklə dörd zolağa genişləndirilməsi, Quba - Qusar avtomobil yolunun, Mingəçevir - Stansiya Mingəçevir - Bəhramtəpə avtomobil yolunun yenidən qurulması layihələri üzrə işlər davam etdirilib. Avqust ayının 29-da Hacıqabul – Bəhramtəpə – Mincivan – Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 50 kilometrlik Hacıqabul - Sabirabad hissəsinin açılışı olub. Dövlət zəmanəti ilə alınmış kreditlər hesabına həyata keçirilən layihələrdə yerinə yetirilmiş işlərə görə xarici kreditdən cəmi 349639.74 min manat, Azərbaycan Hökumətinin payından isə 188804.25 min manat vəsaitdən istifadə olunub. Hesabat dövründə Bakı şəhərində qəsəbələr də daxil olmaqla avtomobil yolları, küçə və prospektlərin təmiri və saxlanmasında 25.4 milyon manatlıq iş görülmüş, 12.8 kilometr küçə və ya yol təmir olunub. Tbilisi prospektinin, Biləcəri qəsəbəsində Ordubadi, Asəf Zeynallı küçələrinin təmiri və yenidən qurulması işləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 883
avatar

Nizam Rza

Oxşar yazılar