Beynəlxalq Bankda korrupsiyaya yol verilməsi ilə bağlı RƏSMİ MÜNASİBƏT
22 iyul 2015 11:59 (UTC +04:00)

Beynəlxalq Bankda korrupsiyaya yol verilməsi ilə bağlı RƏSMİ MÜNASİBƏT

 

Kamran Əliyev: “Beynəlxalq Bankla bağlı işdə korrupsiya halı aşkarlanarsa, araşdırılacaq”

 

"Üç əməkdaşımız DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində Beynəlxalq Bankla bağlı işdə iştirak edir"

 

“Banklarla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində çoxlu sayda cinayət işi var. Bu ilin birinci yarısında da Baş İdarə tərəfindən məhkəmələrə göndərilən işlər içərisində birinci yerdə banklarla bağlı işlər durur”. 

 

APA-nın məlumatına görə, bunu bu gün Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin I yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında söyləyib.

 

K. Əliyev banklarla bağlı bu ilin birinci yarısında 30 şəxslə bağlı 15 cinayət işinin məhkəməyə göndərildiyini qeyd edib: “Baş İdarə qanunların imkan verdiyi çərçivədə ziyanın ödənilməsində iştirak edir. Hər bir halda kreditin verilməsi fərdidir. Bəzən kimsə deyir ki, kreditin müddəti filan vaxt bitir, ancaq kreditdən səmərəli istifadə məsələsi var. Bizim 3 əməkdaşımız Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində Beynəlxalq Bankla bağlı işdə də iştirak edir. Beynəlxalq Bankla bağlı işdə korrupsiya halı aşkarlanarsa, araşdırılacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166
avatar

Oxşar yazılar