Bakının mərkəzində iri piyada keçidi tikilir
22 iyul 2014 18:09 (UTC +04:00)

Bakının mərkəzində iri piyada keçidi tikilir

0

Paytaxtın Atatürk prospekti, 47 ünvanında yerləşən yerüstü piyada keçidində son tamamlanma işləri aparılır. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Lent.az-a verilən məlumata görə, uzunluğu 86 m, eni 3,5 m, yerdən hündürlüyü 6,5 m olan keçid 3 giriş-çıxışdan ibarətdir. Piyadaların  rahatlığını təmin etmək məqsədilə 2 giriş-çıxışda hündürlüyü 7 m olan 4 eskalator, müasir işıqlandırma  sistemi, izləyici kameralar və musiqi səsləndirilməsi üçün avadanlıq quraşdırılıb.

 

Hazırda keçidin döşəmə hissəsində sürüşkənliyin qarşısını almaq məqsədilə xüsusi qranitlə üzlənmə və ətraf ərazinin abadlaşdırılması işləri həyata keçirilir. Piyadaların təhlükəsizliyini təmin edəcək yerüstü keçidin yaxın vaxtlarda  istifadəyə verilməsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1525

Oxşar yazılar