Azərbaycanda multimilyonçuların sayı kəskin artacaq - 30 MİLYONLUQ SƏRVƏT
03 mart 2017 09:30 (UTC +04:00)

Azərbaycanda multimilyonçuların sayı kəskin artacaq - 30 MİLYONLUQ SƏRVƏT

 

 

MDB-də sərvəti 30 mln. dollardan çox olan multimilyonçuların sayı 2006-cı ildən 2016-cı ilədək 30%-dən çox artaraq 3 230 nəfərə çatıb. "APA-Economics" xəbər verir ki, bu barədə "Knight Frank" şirkətinin hesabatında deyilir.

 

 

Bildirilir ki, hesabat dövründə yalnız Rusiyada multimilyonçuların sayı 31% artaraq 2 750 nəfər təşkil edib. Şirkətin proqnozlarına əsasən, 2016-2026-cı illərdə Rusiyada sərvəti 30 mln. dollardan çox olan multimilyonçuların sayı 60% artaraq 4 440 nəfər təşkil edəcək. Qeyd edilən dövr ərzində sərvəti 10 mln. dollar olan şəxslərin sayı 60% artaraq 9 680 nəfərə çatacaq.

 

Şirkətin analitikləri proqnozlaşdırır ki, MDB-də sərvəti 30 mln. dollardan çox olan şəxslərin sayı 2026-cı ilədək 60% artaraq 5 170 nəfər təşkil edəcək. "Bundan sonrakı 10 il ərzində MDB-dəki multimilyonçuların sayı 60% artacaq. Azərbaycan və Qazaxıstan artım tempinə görə Rusiyaya çatacaq. Beləliklə, regionda multimilyonçuların sayı 5 170 nəfərə çatacaq", - deyə sənəddə qeyd edilib.

 

2016-cı ildə Rusiyadakı dollar milyarderlərinin sayı 83 nəfər olub. Şirkət 2026-cı ilədək Rusiyadakı milyarderlərin sayının 133-ə çatacağını proqnozlaşdırır. Ümumilikdə növbəti 10 ildə MDB-dəki milyarderlərin sayının 90-dan 144-ə çatacağı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 210
avatar

APA Baycan

Oxşar yazılar