Azərbaycan Beynəlxalq Bankında yeni təyinat
18 yanvar 2017 16:33 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankında yeni təyinat

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) Rusiyadakı törəməsi olan "ABB-Moskva"nın Müşahidə Şurasına yeni sədr təyin olunub.

 

"APA-Economics"in əldə etdiyi məlumata görə, bu vəzifəyə Zaur Qaraisayev təyin olunub. Bu təyinatadək Z. Qaraisayev "Bank of Baku" ASC-nin İdarə Heyəti sədrinin müavini olub. "Bank of Baku"nun İdarə Heyətinin sədri Abbas İbrahimov ABB-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alandan sonra bu vəzifəni müvəqqəti olaraq Z.Qaraisayev icra edirdi.

 

Z. Qaraisayev yeni vəzifəsində Elmir Həbibullayevi əvəzləyib. E. Həbibullayev hazırda ABB-nin İdarə Heyəti sədrinin müavinidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 377
avatar

APA Baycan

Oxşar yazılar