ABB-dən DİN-ə xüsusi materiallar göndərildi
01 fevral 2017 14:39 (UTC +04:00)

ABB-dən DİN-ə xüsusi materiallar göndərildi

0

Ötən il maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Daxili İşlər Nazirliyinin məktubuna əsasən Fövqəladə Hallar Nazirliyinin və Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları ilə birgə "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi üzrə əvvəllər başlanmış nəzarət tədbirləri davam etdirilib.

 

Maliyyə Nazirliyinin Mətbuat xidmətindən "APA-Ecoonmics"ə verilən məlumata görə, hal-hazıra kimi 63 hüquqi və 156 fiziki şəxsə kreditlərin verilməsi üzrə, həmçinin 69 qeyri-rezident hüquqi şəxsin veksel alışı əməliyyatlarına dair nəzarət tədbirləri başa çatdırılaraq yoxlama materialları hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar