(R) DəmirBank-ın VISA Gold və Platinum kart sahibləri dövriyyənin 1,5%-dək hissəsini geri alacaqlar
20 dekabr 2012 17:26 (UTC +04:00)

(R) DəmirBank-ın VISA Gold və Platinum kart sahibləri dövriyyənin 1,5%-dək hissəsini geri alacaqlar

DəmirBank VISA Gold və VISA Platinum plastik kart sahibləri üçün xüsusi aksiyaya başlayıb. Aksiya 20 dekabr 2012 – 31 mart 2013-cü il müddətini əhatə edəcək.

 

Şərtlərə görə, Azərbaycanda və digər ölkələrdə VISA Gold sahibləri nağdsız dövriyyələrinin 0,7%-ni, VISA Platinum sahibləri isə - 1,5%-ni kart hesablarına geri alacaq (Cashback / geri ödəmə xidməti).

 

Hesablaşmalar hər ayın 10-u tarixində həyata keçiriləcək və kart sahibi bu barədə SMS-bildiriş alacaq. Bu aksiya nağd pul əməliyyatlarına, Card-to-Card köçürmələrinə, kommunal və dövlət rüsumları ödənişlərinə şamil olunmur.

 

DəmirBank kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-Bankçılıq, İnternet-Bankçılıq və Telefon-Bankçılıq xidmətləri, kartla https://billpay.demirbank.az səhifəsində kommunal, mobil və stasionar rabitə, internet, kabel TV ödənişləri və sair xidmətlər təqdim edir. DəmirBank-ın kart sahibləri “İl Boyu Endirimlər” proqramı üzrə ölkənin müxtəlif ticarət və xidmət mərkəzlərində endirimlər də əldə edə bilər.

 

DəmirBank kartlar üzrə digər kampaniyalar və proqramlar da təqdim edir - “5 manata kart”, “Pulsuz kart”, "Xaricdə Təhsil Alanlara Pulsuz Kart” və sair. DəmirBank Azərbaycanda ən geniş çeşiddə valyuta ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) kartlar təqdim edir.

 

Daha ətraflı məlumat üçün www.demirbank.az saytına və www.facebook.com/demirbank.az səhifəsinə daxil olmaq, eləcə də Telefon Məlumat Mərkəzi – 149 nömrəsinə zəng etmək olar.

 

# 502
avatar

Oxşar yazılar