(R) “Bank of Baku”-nun istiqrazları Bakı Fond Birjasında satışa çıxarılıb
18 dekabr 2012 13:33 (UTC +04:00)

(R) “Bank of Baku”-nun istiqrazları Bakı Fond Birjasında satışa çıxarılıb

Nominal qiyməti 1000 AZN olan 100 000 ədəd adi təminatsız istiqrazların buraxılması üzrə 17 oktyabr 2012-ci il tarixində “Bank of Baku” ASC, “Paşa Bank” ASC və “Paşa Kapital” MMC arasında xidmət müqaviləsi bağlanmışdır. Bütün rəsmi mərhələlər keçdikdən sonra 14.12.2012-ci il tarixində  istiqrazlar Bakı Fond Birjasında açıq satışa təqdim edilmişdir. Qeyd etməliyik ki, istiqrazlar 1 ticari gün ərzində tam həcmdə yelrəşdirilmişdir. Bu hal, Azərbaycanda ən iri investisiya banklarından olan “Paşa Bank” ASC-nin, bazar iştirakçılarının və investorların “Bank of Baku” ASC-nin fəaliyyətini və maliyyə vəziyyətini yüksək dəyərləndirməsinin, gələcəkdə bundan da uğurlu təşkilat olacağına inam və etibarının təsdiqidir.

 

Cəlb olunmuş vəsait bankın cəlb edilmiş vəsaitlər portfelinin diversifikasiyasına, fiziki və hüquqi şəxslərdən, maliyyə institutlarından cəlb edilmiş vəsaitlər arasında müəyyən balansın yaradılmasına, pərakəndə bankçılıq sahəsinin intensiv artımını maliyyələşdirməyə yönəldilmişdir.

 

Bankın aktivləri 2012-ci il ərzində 54% artaraq bu günə 485.7 mln AZN-ə çatmışdır, məcmu kapital isə 92.5 mln AZN təşkil edir. 

 

# 778
avatar

Oxşar yazılar