"Mərkəzi Bank haqqında" qanunda <span style="color:red;">dəyişiklik
24 iyun 2015 19:48 (UTC +04:00)

"Mərkəzi Bank haqqında" qanunda dəyişiklik

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanunu təsdiq edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, ölkə başçısının sərəncamı ilə qanunda bəzi dəyişikliklər edilib. Dəyişikliklər aşağıdakı məzmundadır:

 

1. 10.3-cü maddədə “tədavülə buraxılmış nağd milli valyutanın 15 faizi miqdarında müəyyən edilir və” sözləri “onun nizamnamə kapitalından az olmamaq şərti ilə“ sözləri ilə əvəz edilsin.

 

2. 12-ci maddə üzrə:

 

2.1. 12.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

“12.2. Kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür.”;

 

2.2. 12.3-cü maddə ləğv edilsin.

 

3. 13-cü maddə üzrə:

 

3.1. “Manatın" sözündən əvvəl “13.1.” rəqəmləri əlavə edilsin;

 

3.2. 13.1-ci maddədən “və bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş normativin hesablanması zamanı nəzərə alınmır” sözləri çıxarılsın;

 

3.3. aşağıdakı məzmunda 13.2-ci maddə əlavə edilsin:

 

“13.2. Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur”.

 

4. 14.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

“14.2. Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir”.

 

 

Ölkə başçısının digər sərəncamı ilə Nazirlər Kabineti və Ədliyyə Nazirliyinin qarşısında sərəncamdan irəli gələn məsələlərin müvafiq qaydada həll edilməsi tapşırığı qoyulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192
avatar

Oxşar yazılar