
(R) Azercell ölkədə peşəkar kadrların yetışdirilməsi yönündə layihələrini davam etdirir
Fəaliyyət göstərdiyi 18 il ərzində Azercell Telekom MMC Azərbaycanda təhsilin inkişafına, təcrübəli kadrların yetişdirilməsinə dəstək verib. Şirkətin dəstəklədiyi sosial layihələr arasında təhsil sahəsinə aid olanları, xüsusilə də telekommunikasiya sahəsində təcrübəli kadrların yetişməsinə kömək edən təşəbbüslərə xüsusi yer verilib. Şirkət bu gündə bu yöndə fəaliyyətini davam etdirir. Belə ki, bu günlərdə Azercell Telekom-un İnsan Qaynaqları Şöbəsi Tələbə Proqramı çərçivəsində Azərbaycan Dövlət Dillər Universitetində tələbələrlə görüş keçirib. Görüş zamanı tələbələrə Azerell-in həyata keçirdiyi Tələbə Təqaüd Proqramı və eyni zamanda Təcrübə Proqramı haqqında geniş məlumat verilib və onların sualları cavablandırılıb. Məlumat üçün bildirək ki, Azercell bu il də tələbələr üçün Təcrübə Proqramına start verib. Bu proqram tələbələrə nəzəri bilikləri real iş şəraitində tətbiq etməyə telekommunikasiya sənayesi haqda bilikləri əldə etməyə, maraqlı və məsuliyyətli layihələrdə iştirak etməyə və gələcəkdə şirkətdə karyera qurmağa imkanlar yaradır. Proqramda ali təhsil məktəblərinin son iki kursunun tələbələri iştirak edə bilir. Mərhələli dəyərləndirmələr nəticəsində seçilən tələbələr Azercell şirkətində təcrübə keçərək müvafiq aylıq əmək haqqı almaqla bərabər Azercell Ailəsinin bir üzvü olmaq imkanı qazanırlar. Bir tələbə eyni zamanda bir neçə təcrübə sahəsi üzrə müraciət edə bilir. Müraciət forması ilə yanaşı, gənclər həm də təqdim edilən iki mövzudan biri üzrə ingilis dilində esse yazırlar. Tələbə Təqaüd Proqramında isə bu il 12 tələbə Azercell-in təqaüdçüsü adına layiq görülüb. Bu tələbələr ali təhsillərinin sonunadək Azercell şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edirlər.Eyni zamanda şirkət bi il Bölğə Tələbə Proqamını da reallaşdırıb. Proqramın qalibləri sırasında Lənkəran Dövlət Universitetinin 1, Mingəçevir Politexnik İnstitutunun və Naxçıvan Dövlət Universitetinin 2 tələbəsi yer alıb.
Onu da bildirək ki, Azercell Telekom-un nümayəndələri son aylar ərzində Lənkaran Dövlət Universiteti, Mingəçevir Politexnik İnstitutu və Naxçıvan Dövlət Universitetində tələbələrlə də görüş keçiriblər.
Məlumat üçün bildirək ki, Azercell Telekom fəaliyyətə başladığı gündən gənclərin elm və təhsilinin inkişafı üçün bir sıra uğurlu layihələr həyata keçirib. Bu layihələr sırasında ölkə universitetlərində 3G və 4G laboratoriyalarının təşkili, Barama İnnovasiya Mərkəzi nəzdində reallaşan saysız uğurlu layihələr, müxtəlif Tələbə Proqramlarını xüsusilə qeyd etmək olar. Təhsilə və gənclərə yardım etmək bundan sonra da Azercell-in prioritet fəaliyyət sahəsi
olacaqdır.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Oxşar yazılar

"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49