
(R) "Azercell"dən abunəçilərinə 100 dəqiqə hədiyyə
Ölkənin lider mobil operatoru Azercell Telekom MMC yeni kampaniyaları ilə abunəçilərini sevindirməyə davam edir. Martın 1-dan etibarən Azercell-in Eksklüziv mağazalarında istənilən aylıq internet paketlərə, tarif paketlərə (GencOL, Hədsiz, Hedsiz Zəng, Hədsiz İnternet, Kombo, Biznes 200) qoşulan və yaxud istənilən telefon modeli və ya aksesuar əldə edən abunəçilərə şəbəkədaxili 100 dəqiqə danışıq həcmi hədiyyə veriləcək.
Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Bülbül pr., 5, Qara Qarayev prospekti, ev 30\42, mənzil 52), Xırdalan (Heydər Əliyev pr. Mehdi Hüseyin küç. 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40) və Qubada (Heydər Əliyev prospekti, 194) abunəçilərin ixtiyarına verilib. Ən müasir avadanlıqla təchiz olunaraq yeni Nordik konsepsiyasına uyğun bu mağazalarda abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilirlər. Eyni zamanda, abunəçilər mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuraları, cihazları, mobil telefonları kredit və nağd şəkildə əldə etmək imkanı qazanırlar.
Azercell Telekom bayramlar ərəfəsində abunəçilərini bir-birindən sərfəli kampaniyalarla sevindirməkdə davam edəcək.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39