[b]Neft fondundan büdcəyə köçürmənin həcmi artırılır[/b]
20 oktyabr 2017 09:39 (UTC +04:00)

[b]Neft fondundan büdcəyə köçürmənin həcmi artırılır[/b]

0

 

2018-ci il dövlət büdcəsinə Dövlət Neft Fondundan (ARDNF) daxilolmaların (transfertin yuxarı həddi) həcmi açıqlanıb.

 

"APA-Economics" xəbər verir ki, növbəti il ARDNF-dən büdcəyə 9,216 mlrd. manatın transferti nəzərdə tutulub. 2017-ci ildə bu rəqəm 7,5 mlrd. manat və ya 1,716 mlrd. manat çox olub.

 

2018-ci il dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat, xərcləri isə 20 mlrd. 905,7 mln. manat təşkil edəcək. Beləliklə, dövlət büdcəsinin 778,7 mln. manat məbləğində kəsirlər icra olunacağı proqnozlaşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 476

Oxşar yazılar