![[b]DGK sədrindən türkiyəli iş adamlarına MÜRACİƏT[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]DGK sədrindən türkiyəli iş adamlarına MÜRACİƏT[/b]
"Adətən iki ölkə arasında münasibətlər siyasi və iqtisadi sahələrdə qurulur. Lakin Azərbaycanla Türkiyənin münasibətləri yalnız bu iki sahədə qurulmayıb, bizi qardaşlıq bağları birləşdirir".
"APA-Economics" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bugünkü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər hər bir sahədə, o cümlədən gömrük sahəsində günbəgün yaxşılaşır.
"Azərbaycanla Türkiyə arasında siyasi münasibətlər olduqca yüksək səviyyədədir. Biz iqtisadi əlaqələrin də bu səviyyədə qurulmasını istərdik", - deyə A. Əliyev bildirib.
Komitə sədri bildirib ki, son zamanlar gömrük sahəsində qanunvericiliklə bağlı ciddi təkmilləşdirmə işləri aparılır və bunun hesabına Azərbaycan investisiya baxımından olduqca əlverişli məkana çevrilib: "Gömrük sahəsində tətbiq etdiyimiz elektron sənəd mübadiləsi, "Yaşıl", "Sarı", "Qırmızı" dəhlizlərin tətbiqi, gömrük rüsumlarından azadolmalar və sair də buna aiddir. Azərbaycanda əlverişli investisiya mühiti formalaşıb".
Qurum rəhbəri son zamanlar iki ölkə arasında gömrük sahəsində müşahidə olunan problemlərə də toxunub: "Türkiyə məhsullarının Azərbaycana ixracı zamanı bir sıra problemlər olur ki, bu da ikili invoysların tətbiqi ilə bağlıdır. Bunun tətbiq edənlər gömrük vergi və rüsumlarından yayınmaq istəyir. Lakin biz ölkəmizə investisiya yatırmaq, məhsul idxal etmək istəyənlərə hər cür şərait yaradırıq. Mən türk iş adamlarına səslənirəm ki, bu cür hallara yol verməyin. Siz isə öz növbənizdə bunu digər həmkarlarına tövsiyə edin".
A. Əliyev Türkiyənin dünyaca məşhur şirkətlərini də Azərbaycana investisiya yatırmağa dəvət edib.
Oxşar yazılar

Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22