[b]Azərbaycanda banklar gücləndirilmiş rejimdə işləyəcək[/b]
14 oktyabr 2017 18:03 (UTC +04:00)

[b]Azərbaycanda banklar gücləndirilmiş rejimdə işləyəcək[/b]

Bakı Ticarət Festivalı (“Shopping festival”) ilə əlaqədar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə oktyabrın 15-dən etibarən 24 bankın 58 filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

 

MBNP-dən “APA-Economics”ə verilən məlumata görə, festival dövründə ölkə vətəndaşları və qonaqların valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digərləri isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərəcək.

 

Festivalla əlaqədar olaraq həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə əlaqədar ölkə vətəndaşları və qonaqlar MBNP-na müraciət edə bilərlər.

 

Festival zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələrinin siyahısı MBNP-nin rəsmi internet səhifəsində - www.fimsa.az saytında yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 446
avatar

APA Baycan

Oxşar yazılar