
“Apple” bu tarixdən ekranını dəyişir - YENİ texnologiya
“Apple” şirkətinin bəzi qurğuları artıq gələn il yeni tip displeylərlə təchiz ediləcək. Qeyri-rəsmi məlumatlara görə, “Apple Watch” smart saatının displeyi “microLED”, “iPhone” smartfonunda “ProMotion” texnologiyasına əsaslanacaq.
Lent.az “ictnews”a istinadən xəbər verir ki, hazırda “Apple Watch” smart saatında “LG Display” tərəfindən tədarük olunan “OLED” panellər quraşdırılır.
“Economic Daily News” nəşri yazır ki, 2020-ci ildə sözügedən qurğular “microLED” displeylərlə təchiz ediləcək.
“microLED” texnologiyası ilə hazırlanmış ekranlar maye kristal və OLED displeylərlə müqayisədə daha incə, daha parlaq və enerji baxımından səmərəlidir. Eyni zamanda sözügedən texnologiya üzrə ekran istehsalı daha baha və çətin başa gəlir.
2020-ci ildə təqdim olunacaq “iPhone” smartfonunun displeyi isə “ProMotion” texnologiyası ilə təchiz ediləcək. Bu sistem qurğularda təsvirin yenilənməsi üçün dəyişən tezliklə (60/120 Hers) təmin edir ki, bu da məhsuldarlığı və avtonom iş vaxtını yüksəldir.
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18