<b> "“Bank Standard"da müştərilərin 520 mln. manat əmanəti olub” – <span style="color:red;">Rüfət Aslanlı  </b>
30 sentyabr 2016 19:34 (UTC +04:00)

"“Bank Standard"da müştərilərin 520 mln. manat əmanəti olub” – Rüfət Aslanlı

0

 

"Bank Standard" Kommersiya Bankında 260 mindən çox fiziki şəxsin hesabı olub.

 

"APA-Economics" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

 

Onun sözlərinə görə, müştərilərin bankda 520 mln. manatlıq əmanəti olub: “Bu əmanətlərin 460 milyon manatı qorunan əmanətlərdir. Qorunan əmanətlər heç bir təhlükə altında deyil", - deyə R. Aslanlı qeyd edib.

 

Direktorlar Şurasının sədri bildirib ki, bankda yerləşdirilən əmanətlərin böyük hissəsi xarici valyutada olub: "Bu əmanətlərin 38 milyonu manatda, 260 milyonu isə digər xarici valyutalardadır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 383

Oxşar yazılar