Qiymətlər qalxa bilər
Rəsmi rəqəmlər, Azərbaycanda mənzil tikintisinə investisiyaların, mənzillərin həm sayının, həm də sahəsinin azaldığını göstərir. Buna baxmayaraq əhali və nigaha girənlər artır.
NİGAHLARIN SAYI İSTİFADƏYƏ VERİLƏN MƏNZİLLƏRİN SAYINDAN 5 DƏFƏ ÇOXDUR
2015-ci ildə Azərbaycanda 16,2 min ədəd mənzil istifadəyə verilmişdirsə, həmin il 68 min 773 nikah qeydə alınıb. 2010-cu ildə Azərbaycanda 79 min 172, 2011-ci ildə 88 min 145, 2012-ci ildə 79 min 65, 2013-cü ildə 86 min 852, 2014-cü ildə 84 min 912 nikah qeydə alınmışdı. Qeyd edək ki, son illər ən çox mənzil 2013-cü ildə istifadəyə veriişdi: 21.1 min ədəd.
Ölkəmizdə son 5 ildə 490 minə yaxın nigah qeydə alınsa da, cəmi 108 min ədəd mənzil istifadəyə verilmişdir.
QİYMƏTLƏRİN QALXA BİLƏCƏYİNƏ İŞARƏDİR
Göründüyü kimi mənzil bazarı “doymamış” bazardır. Böyük potensial təlabata baxmayaraq, yeni binaların tikintisinin təxirə salınması və nigaha girənlərin sayının dəfələrlə artması qarşıdakı illərdə mənzil qiymətlərinin qalxa biləcəyinə işarə edir. Böyük ehtimalla durğunluq müvəqqəti xarakter daşıyır, hazırkı qiymətlər daha da aşağı düşə bilməz. Bazardakı qeyri-müəyyənlik ortadan qalxdıqdan sonra mənzil alışlarının artacağı və qiymətlərin yavaş-yavaş yüksəlməyə başlayacağı gözlənilir.