<font color=red>&#174; </font>DəmirBank nizamnamə kapitalını 50 milyon artırır
09 avqust 2016 10:55 (UTC +04:00)

® DəmirBank nizamnamə kapitalını 50 milyon artırır

 

DəmirBank ASC-nin nizamnamə kapitalı 50 000 000 manat artırılacaqdır.  Bununla bağlı qərar DəmirBank-ın səhmdarlarının 6 avqust tarixində keçirilmiş növbədənkənar yığıncağında qəbul olunub. Səhmdarların qərarı ilə Bankın nizamnamə kapitalı əlavə səhmlərin  emissiyası yolu ilə artırılacaq.

Əlavə səhm emissiyası nəticəsində Dəmirbank-ın səhmdar kapitalı 3 dəfə artaraq aktivlərindəki payına görə ölkənin ən yüksək kapitallaşmaya malik olan maliyyə təşkilatlarından birinə çeriləcəkdir. Səhmdarların qərarı ilə səhmlərin yerləşdirilməsi qapalı yerləşdirilmə üsulu ilə, əqdlərin Bakı Fond Birjasında qeydiyyatı vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, kapitalın artımı DəmirBank-ın uzunmüddətli dayanıqlılığı və stratetji inkişaf hədəflərinin reallaşmasına hesablanmış addım olaraq Bankda gələcəkdə yeni layihə və investisiyaların daha da inamla tətbiqi üçün şərait yaratmış olacaqdır.

Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 198
avatar

Oxşar yazılar