Trampın Putinə ultimatumu  neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 17:20 (UTC +04:00)

Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi

ABŞ prezidenti Donald Trampın Vladimir Putinə ultimatumu dərhal dünya bazarında neftin qiymətinin kəskin bahalaşmasına səbəb olub və bu qiymətləri aylıq maksimuma çatdırıb, lakin ertəsi gün kotirovkalar bir qədər “sakitləşib”.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Bakı vaxtı ilə saat 10:45-ə olan məlumata görə, Brent markalı neftin fyuçersləri 10 sent ucuzlaşaraq bir barel üçün 71,58 dollar olub. Amerikanın WTI markalı nefti 11 sent ucuzlaşaraq 69,11 dollar/barelə düşüb. Bununla belə, kotirovkalar indi artıma qayıdıb.

“Reuters” xəbər verir ki, hər iki neft etalonu iyulun 29-da ticarət sessiyasını iyunun 20-dən bəri ən yüksək səviyyədə başa vurub.

Buna səbəb Trampın 10 gün ərzində Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı razılığın əldə olunmayacağı təqdirdə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyəti ilə bağlı açıqlaması olub. Bundan əlavə, ABŞ-ın maliyyə naziri Skott Bessent Çinə Rusiya neftini almağa davam edəcəyi təqdirdə 100 faiz rüsumların tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib. Eyni zamanda, rəsmi Pekin Rusiya xammalından imtina etməyə hazır olduğunu hələ nümayiş etdirməyib.

Vanda Insights tədqiqat firmasının təsisçisi Vandana Hari deyib: "Son günlərdə tətbiq edilən 4-5 dollar/barel tədarük riski mükafatının Putin güzəştə getmədiyi təqdirdə davam edəcəyi gözlənilir".

Bununla yanaşı, bazar Venesueladan neft ixracatında artım gözləməkdə davam edir ki, bu da qiymət artımını ləngidə bilər. 

“Dövlət neft şirkəti PDVSA-nın xarici tərəfdaşları hələ də keçən həftə danışıqlardan sonra sanksiyalar altında ABŞ-ın ölkədə işləmək icazəsini gözləyirlər ki, bu da bazara bəzi tədarükləri qaytara bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1524

Oxşar yazılar