Şübhəli ismarıc alanlara XƏBƏRDARLIQ
22 iyul 2021 10:44 (UTC +04:00)

Şübhəli ismarıc alanlara XƏBƏRDARLIQ

Azercell Telekom” MMC abunəçilərini  “Whatsapp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırır. 

Şirkətdən Lent.az-a verilən məlumatda bildirilir ki, müvafiq məzmunun "Azercell"ə heç bir aidiyyəti yoxdur.

Yarana biləcək  əlavə xərclərin qarşısını almaq üçün “Azercell Telekom” öz abunəçilərinə şübhəli zənglərə və SMS-lərə reaksiya verməməyi, eləcə də belə internet saytlardan istifadə etməməyi, həmçinin  istifadə edilən cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, telefonların nəzarətsiz qalamamasını, xidmətlərdən istifadə ilə əlaqədar əldə edilən şifrəni 3-cü şəxslərə bildirməməyi, şübhəli məzmunlu  müxtəlif oyun, yarışma və sairlərdən yararlanmamağı tövsiyə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1677
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar