SOCAR-ın adından saxta sayt açılıb, pul istənilir - DİQQƏT
26 yanvar 2021 12:40 (UTC +04:00)

SOCAR-ın adından saxta sayt açılıb, pul istənilir - DİQQƏT

SOCAR-ın adından istifadə edən bir qrup şəxs tərəfindən internetdə socar-ltd.com adlı sayt açılıb.

Lent.az məlumat verir ki, bu barədə qurumun rəsmi "facebook" hesabında paylaşıme edilib. Bildirilib ki, sözügedən saytda şirkətin adından müxtəlif elanlar, məqalələr, xəbərlər yerləşdirilib:

"Bəzi dələduzlar SOCAR-ın adından vətəndaşlarla əlaqə zamanı bu sayta istinad ediblər.

Bir daha bildiririk ki, SOCAR-ın rəsmi internet səhifəsi socar.az saytıdır. Şirkətimiz tərəfindən hər hansı bir məsələ ilə bağlı vətəndaşlardan pul vəsaiti tələb olunmur. Bu kimi hallarla rastlaşan vətəndaşların hüquq-mühafizə orqanlarına müraciət etməsi tövsiyə olunur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1431
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar