SOCAR "Azəriqaz" İstehsalat Birliyinin bölgələrdə keçirdiyi "Səyyar qəbul otağı" bu dəfə Şirvan sakinlərinin ixtiyarında olub.
Lent.az xəbər verir ki, mikrofon önünə keçən Hacıqabul sakini Nazim İmanov uşaq baxçasının qazlaşdırılmasını xahiş edib.
Aksiyada səslənən 8 müraciətdən 6-sı sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsi ilə bağlı olub.
"Açıq mikrofon" aksiyasında çıxış edən SOCAR "Azəriqaz" İB-nin Salyan Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşların müraciətlərinin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.