SOCAR “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası Lənkəran rayonunun Şiləvar kəndində baş tutub.
Lent.az xəbər verir ki, aksiya çərçivəsində Şiləvar və Digah kəndlərinin sakinlərinin qaz təchizatı ilə bağlı problem və təklifləri dinlənilib. Görüş zamanı əsasən yeni yaşayış massivlərinin qazlaşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlər səsləndirilib. Ünvanlanan suallar Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb, səsləndirilən müraciətlərin araşdırılması ilə bağlı tapşırıq verilib.