SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
Lent.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Samux rayonunda görüşü təşkil olunacaq.
Aksiya Samux şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında (YAP-ın inzibati binasının qarşısı) baş tutacaq. “Səyyar qəbul otağı” mayın 3-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək