Rusiyanın onlarla təyyarəsi xaricdə saxlanılıb
01 iyul 2022 19:29 (UTC +04:00)

Rusiyanın onlarla təyyarəsi xaricdə saxlanılıb

Rusiyanın bugünədək 77 təyyarəsi xaricdə saxlanılıb.

Lent.az-ın məlumatına görə, bu barədə ölkənin nəqliyyat naziri Vitali Savelyev bildirib.

Onun dediyinə görə, təyyarələrin bir qismi lizinqdə olduğu üçün saxlanılıb. Digərləri isə hava məkanı bağlı olduğu üçün Rusiyaya uça bilmir.

Nəqliyyat nazirinin məlumatına görə, hazırda Rusiyada 1151 təyyarə istismardadır.

# 993
avatar

Oxşar yazılar