Qəbələnin sahibkarları "Səyyar qəbul otağı"nda
15 noyabr 2023 17:55 (UTC +04:00)

Qəbələnin sahibkarları "Səyyar qəbul otağı"nda

Zaqatala RQİİ-nin baş mühəndisinin açıq elan etdiyi "Səyyar qəbul otağı" bu həftə Qəbələ rayonunda təşkil olunub.

Lent.az xəbər verir ki, KOBİA nümayəndəsinin də məsləhət və tövsiyəsindən sonra mikrofon sahibkarların ixtiyarına verilib.

44 günlük Vətən müharibəsi iştirakçısı Sahil Rəsulzadə icarəyə götürdüyü, Orxan Şirinbəyli isə yeni inşa etdirdiyi şəxsi obyektinin qazlaşmasını xahiş edib.

Çıxış edən digər sahibkar Ceyhun Rəsulov debitor borcun ödənilməsində cari ilin sonunadək Birlikdən möhlət verilməsini istəyib. Zaqatala RQİİ-nin rəhbər şəxsləri ünvanlanan bütün müraciətlərlə bağlı sahibkarlara ətraflı məlumat verərək qeydiyyat aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3558
avatar

Fidan İlqar

Oxşar yazılar